Gənci polis şöbəsində bu hala saldılar

Gənci polis şöbəsində bu hala saldılar

Dünən Göyçay rayonunda polisə aparılan 17 yaşlı yeniyetmə orda işgəncələrə məruz qaldığını deyir. Avtosfer.az xəbər verir ki, bu barədə criminal.az-a daxil olan məlumata görə, dünən saat 17 radələrində bir nəfər mülki geyimli şəxs idarə etdiyi ''VAZ-2106'' markalı avtomobillə Potu kənd ərazisində 17 yaşlı Şəmsi Həmidova yaxınlaşaraq onunla polis şöbəsinə getməyi tələb edib. Ş.Həmidov mülki geyimli şəxslə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gedib. Onu 3-cü mərtəbədə bir kabinetə salıblar. Həmin vaxt Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb təhqir etməklə yanaşı, vəhşicəsinə döyüblər.
Ona bildiriblər ki, sən "Goycay cars officional.pg” səhifsində DYP avtomobilinin şəklini yaymısan. Səhifənin parolu tələb olunub. Ş.Həmidov əvvəlcə mobil telefonunu, daha sonra isə həmin səhifənin parolunu polis əməkdaşlarına verməyə məcbur qalıb. Daha sonra telefonda olan şəkillərə baxış keçirən polislər serjant ''liçka''sına xas fotonu gördükdən sonra Şəmsi ilə daha sərt davranaraq onu təkrar döyməyə başlayıblar. Ona bildiriblər ki, gecə saat 12-yə qədər burada qalsan bu gecə sənə toy edəcəyik. Daha sonra dilə gətirilməsi mümkün olmayan söyüş və təhdidlərlə onu özündən gedənə qədər döyüblər.
Elə həmin vaxt otağa başqa bir polis əməkdaşı daxil olub və digər polislərər deyib ki, "Vurmayın uşaqdır, bir səhvdir edib”. Başqa bir polis gəlib onu xəsarət almış görüb soruşub ki, bu uşağı kim döyüb bu günə qoyub?” sonra xəsarətlərinə baxıb. Baş verənlərdən təxminən 3 saat sonra işgəncəyə məruz qalan Şəmsi Həmidovun üst-başını təmizləyərək polis rəisinin kabinetinə aparıblar. Orada polis rəisi Sənan Əsədov soruşub ki, "Niyə belə iş tutursan?, polislərlə düşmənçiliyinmi var?”.
Əlavə olaraq soruşub ki, "sənin nəslində polisə düşən adam varmı?”. Rəis "yox” cavabını aldıqdan sonra sual edib ki, "Bəs niyə belə hərəkət edirsən?”. Sonra onu yenidən döyüldüyü kabinetə qaytarıblar. Orada onun mobil telefonunu özlərində saxlayaraq onu sərbəst buraxıblar. Hal-hazırda işgəncəyə məruz qalmış Şəmsi Həmidovun üzündə, sol gözündə, kürəyində, böyründə, qolunda və ayağında xəsarətlər var. Həmçinin onun cinsiyyət orqanına təpiklə ağır zərbə də vurublar. Ağrılardan nəfəs alması çətinləşib və axsayaraq hərəkət edir.
 
Bu barədə Göyçay rayon Polis Şöbəsindən bildirildi ki, Ş.Həmidov internetdə yersiz paylaşımlar etdiyi üçün polisə gətirilib. Burda ona xəbərdarlıq edilib və internetdə etdiyi paylaşımlara son qoyması deyilib. Ona işgəncə verilməsi faktl isə polis tərəfindən təkzib edildi. Bildirildi ki, hazırda şöbədə araşdırma aparılır.

/file/articles/2017/01/21/341685.jpg
/file/articles/2017/01/21/341686.jpg
/file/articles/2017/01/21/341687.jpg


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...