Gəncəli xanımlar da Vüsalə Muradova deyir - VİDEO

Gəncəli xanımlar da Vüsalə Muradova deyir - VİDEO
 

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova növbəti görüşünü gəncəli xanımlarla keçirib.

Sfera.az xəbər verir ki, səmimi ortamda keçən görüşdə xanımlar Vüsalə Muradovaya şəxsən müraciət edərək fikirlərini bildiriblər. Onlar V. Muradova ilə yaxından tanış olmalarından məmnunluq hiss etdiklərini, tərcümeyi-halından, gördüyü işlərdən, danışdıqlarından onun necə bacarıqlı olduğunu ifadə ediblər.

 

Seçicilərin məhz Vüsalə Muradovanı öz deputatları kimi görmək istədiklərini, onu seçəcəkləri təqdirdə onların qeydinə qalmalı olduğunu söyləyiblər. Vüsalə Muradova da xanım seçiciləri təmkinlə dinlədikdən sonra seçiləcəyi təqdirdə vəzifə borcunun onların problemlərinin həll etmək olduğunu diqqətə çatdırıb. O, 5 il sonra yenidən onların qarşısına alnıaçıq çıxmaq istədiyini qeyd edib.



OXŞAR XƏBƏRLƏR