Gəncədən Bakıya gələn 29 yaşlı gənc itkin düşdü
08:12 / 05.03.2019
2241
Gəncədən işləmək məqsədi ilə Bakıya gələn şəxs itkin düşüb.
Sfera.az bildirir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayılov Firuddin Şəmil oğlu martın 1-də yaşadıqları evdən çıxaraq işləmək adı ilə Bakıya getdiyini bildirib. Lakin bir neçə saatdan sonra onun telefonu söndürülüb və bu günə qədər xəbər olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Trend.az