Gəncədə xəstəxanada insident - 92 yaşlı kişi xidmətdən narazı qaldı

Gəncədə xəstəxanada insident - 92 yaşlı kişi xidmətdən narazı qaldı

Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasında insident yaşanıb.

ONA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhər sakini, 1927-ci il təvəllüdlü Mehralı İbrahim oğlu Əhmədov təcilli tibbi yardım avtomobili ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Tibb işçilərinin xidmətindən narazı qalan ahıl yaşlı kişi əlindəki əsa ilə xəstəxananın giriş qapısının şüşəsini qırıb və tibb bacısına müqavimət göstərib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR