Gəncədə vəziyyət gərginləşdi: Camaat həbs edilir

Gəncədə vəziyyət gərginləşdi: Camaat həbs edilir
"Gəncə şəhərində yeni parkın tikintisi ilə əlaqədar, plana düşən evlərin sakinləri ilə şəhər rəhbərliyi arasında gərginlik yaşanır". 

Sfera.az-ın məlumatına görə, sakinlər bildirir ki, heç bir təzminat ödənmədən onların kirəyə çıxmasını tələb edirlər. 

Qaynarinfo.az-la əlaqə saxlayan Gəncə şəhər Həsən Əliyev küçəsində yaşayan Ramilə Abdullayeva bildirib ki, onlara qarşı olan polis təzyiqi davam edir. 

Ramilə Abdullayevanın sözlərinə görə, polislər qonşuların gözü qabağında onun həyat yoldaşını sürüyə-sürüyə idarəyə aparıblar: "Polislərin fiziki təzyiqi nəticəsində yoldaşımın qolu qırıldı. Polis təzyiq edir ki, evimizin sökülmə aktına qol çəkək. O sənəddə göstərilib ki, "evi sizə verib kirəyə çıxmağa razıyam". Yoldaşım Abdullayev İlqar hazırda polis bölməsindədir. 

Polislər qeyri-etik ifadələrlə oğlumu da hədəliyib. Bildiriblər ki, oğlunuzun başına oyun açacıyıq".

Şikayətçi bildirir ki, polislərin bu cür davranışına icra hakimiyyətindən göstəriş verilib.

Gəncə Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istəsək də bu baş tutmadı.

OXŞAR XƏBƏRLƏR