Gəncədə uşaq kanalda batıb

Gəncədə uşaq kanalda batıb
Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda 1 nəfər azyaşlının batdığı ehtimal edilir.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hazırda nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR