Gəncədə tank əleyhinə mina tapılıb

Gəncədə tank əleyhinə mina tapılıb

Gəncədə hərbi sursat aşkarlanıb.  

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, Gəncənin Kəpəz rayonu, Məhsəti Gəncəvi qəsəbəsi ərazisindən 1 ədəd TM-62P tank əleyhinə mina aşkar edilərək götürülüb.  

 

Ümumilikdə  Agentlik tərəfindən 01 - 09 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu, Lənkəran və Gəncə şəhərlərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib,  2 750 kv.m ərazi yoxlanılıb.


OXŞAR XƏBƏRLƏR