Cəmİyyət
Gündəm

Gəncədə şəhid edilən polkovnik-leytenant Səməd Abbasovun - FOTOsu

Gəncədə şəhid edilən polkovnik-leytenant Səməd Abbasovun - FOTOsu
Xəbər verdiyimiz kimi, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

İğtişaş zamanı qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Qeyd edək ki, vaxtı ilə Azərbaycan prezidenti İlham Əliyevin "İgidliyə görə” medalı ilə təltif etdiyi Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır.

Sfera.az Yenicag.az-a istinadən Səməd Abbasovun fotosunu təqdim edir:
AdRiver

XƏBƏR LENTİ