Gəncədə qatar adamı vurub öldürdü
19:13 / 05.04.2019
2702
Gəncə şəhərində 35 yaşlı kişini qatar vuraraq öldürüb.
Sfera.az-ın məlumatına görə, hadisə Gəncə-Zazalı dəmir yolu xəttinin Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Rəsulovun özünü Bakı istiqamətində hərəkətdə olan yük qatarının altına ataraq intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"//