Gəncədə maskalılar evə basqın ediblər

Gəncədə maskalılar evə basqın ediblər
Gəncədə evə basqın edən dəstə zərərsizləşdirlib. Soyğunçuları elə ev sahibi özü qonşuların köməyi ilə tutaraq polisə təhvil verib. Bakıda isə avtomobildən içində pul və sənədlər olan qadın çantası oğurlanıb. Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, Gəncədə, Cavadxan qəsəbəsində Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının kirayədə qaldığı evə iki naməlum şəxs oğurluq məqsədi ilə daxil olub. Ev sahibinin qonşuları ilə birlikdə qayıtdığını görən oğrular əllərindəki tapançaya bənzər alışqan və bıçaqla onları hədələyib.

Lakin qonşuların səyi nəticəsində soyğuncular saxlanılaraq polisə təhvil veriliblər.

Aparılmış araşdırma nəticəsində evə basqın edənlərdən tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 2 cüt əlcək, kəndir, habelə evdən oğurladıqları 1 ədəd mobil telefon və 1 gümüş üzük götürülüb. Bundan əlavə dəstənin digər üzvləri də aşkarlanıb.

 

Bakıda isə mebel salonunun qabağından içərisində pul və sənədlər olan qadın çantası oğurlanıb.

Salonunn qabağından asta -asta keçən şəxs avtomobilin içərisindəki çantanı görərək qəfil dayanır. Bir müddət ətrafa nəzər yetirdikdən sonra maşına yaxınlaşaraq içərisindən çantanı götürür. Daha sonra həmin şəxs sürətlə ərazidən uzaqlaşır.

Hadisə Qara Qarayev prospekti 39/47 ünvanında baş verib.Təhlükəsizlik kameralarına düşən görüntülərdə oğurluqda şübhəli bilinən şəxsin üzü də aydın görünür. Faktla bağlı Nizami rayon 25 ci polis bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...