Sİyasət

Gəncədə daha bir nəfər məhv edildi - Video

Gəncədə daha bir nəfər məhv edildi - Video
Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.

Sfera.az Trend-ə istinadən bildirir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.

Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.

Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.

Hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib.
 

AdRiver
loading...

XƏBƏR LENTİ