Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirdi - FOTO

Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirdi - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri - 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR