Gəncədə 3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin görüntüləri yayıldı – VİDEO

Gəncədə 3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin görüntüləri yayıldı – VİDEO

 

Bir neçə gün əvvəl Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb. 

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan uşaqları aldadaraq onların üzərindəki zinət əşyalarını oğurlayıblar.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb. 2 dost saxlanılıb.

Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.

Seymur Quluzadə narkotik vasitədən istifadə etdiyini təsdiqləyib: "Dərman içmişdim, şeytan beynimizə saldı”.

İlkin Orucov isə əsas işin Seymur tərəfindən görüldüyünü deyib:

"Məni çağırırdı ki, gəl bloka. Deyirdi ki, gedək, gedirdik. Blokda tək olurdu. Əlində qızılla gəlirdi”.

Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.

Qeyd edək ki, adları qeyd edilən şəxslərin soyduqları qızın cəmi 3 yaşı olub.

 

 



OXŞAR XƏBƏRLƏR