“Gəncə məhbusu” həbsxanada vəfat etdi

“Gəncə məhbusu” həbsxanada vəfat etdi
 

"Gəncə məhbusu" Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. 

"Yeni Sabah” xəbər verir ki, bu haqda onun qohumları məlumat yayıb.

Xəbərə görə, 2018-ci il Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovun səhhətində olan problem son günlər daha da kəskinləşib. O, ötən gün vəfat edib.

A.  Qurbanov ötən il iyulun 28-də həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilirdi.


OXŞAR XƏBƏRLƏR