Gəncə DYP-nin rəisinin özbaşınalıqları

Gəncə DYP-nin rəisinin özbaşınalıqları

 


Polkovnik-leytenant Rəhim Zalovun oğlu «Niva» və «Toyota Prado» markalı avtomobillə avtoşluq edir. O, Daxili İşlər Nazirliyinin rəhbər şəxslərindən birinin adından istifadə edir. Təxminən, 3 il bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunub və onun yerinə əvvəllər Şəmkir rayonunun yol polisi rəisi işləyən polkovnik-leytenant Rəhim Zalov təyin olunub. Məhz elə həmin vaxtdan etibarən Gəncə sakinlərinin gününün göy əskiyə döndüyünü, şəhərdə avtomobil idarə etməyin xeyli çətinləşdiyini iddai edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, Rəhim Zalov və oğlunun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb. Belə ki, ötən ilin sentyabr ayında Gəncə DYP-nin rəisinin oğlu Ramin Zalovun atasının vəzifəsindən istifadə edərək qanunazidd hərəkətlər etdiyini, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirən mənbənin sözlərinə görə, Rəhim Zalovun övladı özünə məxsus 20 DL 220 dövlət nömrə nişanlı «Niva» markalı avtomobilinə məxsus nömrələri çıxararaq saxta tranzit nömrəsi taxmaqla avtoşluq edərkən yaxalanıb: «Deyilənlərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisinin oğlunu və ona məxsus «Niva»nın qanuni nömrəsini tanıyan hadisə şahidlərindən biri tənbəllik etməyib Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə bu haqda məlumat verib. Bundan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi dərhal bu barədə məlumatlandırılıb və sözügedən avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. Ancaq qısa müddətdən sonra avtomaşının qanuni nömrəsi yerinə taxılaraq cərimə meydançasından çıxarılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, oğlunun ərköyün davranışlarına, qanunazidd əməllərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisilə bağlı heç bir tədbir görülməyib. Halbuki eyni əməli hər hansı sadə vətəndaş etmiş olsaydı, o zaman məhz Rəhim Zalovun göstərişinə əsasən həmin şəxs ən ciddi şəkildə cəzalandırılmışdı. Yeri gəlmişkən, qeyd edim ki, Rəhim Zalovun oğluna məxsus saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrə olub. Halbuki tranzit nömrələr qısa müddət üçün - 15 günlüyə verilir. «Niva» maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb». Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisinin oğlunun eyni əməli indiyədək bir neçə dəfə təkrarladığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, Ramin Zalov «Toyota Prado» markalı avtomobillə də avtoşluq edir: «Deyilənlərə görə, sonu «220» ilə bitən avtomobil nömrələrinin əksəriyyəti Rəhim Zalova, onun yaxın adamlarına və qohumlarına məxsusdur. Onu da nəzərinizə çatdırım ki, Gəncə DYP-nin rəisi son illər ərzində özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olub. Belə ki, hazırda Gəncə şəhərində yerləşən «Aura» çay evi Rəhim Zalova məxsusdur. Bundan başqa, deyilənlərə görə, onun Gəncə və Bakı şəhərlərində bir neçə mənzili, bağ evi, villası, ticarət obyektləri mövcuddur. Həmçinin, o da bildirilir ki, Rəhim Zalov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə gələndən sonra öz yaxınlarını, hətta qanunsuz əməllərinə görə cəzalandırılaraq polis şöbəsindəki vəzifəsindən kənarlaşdırılan qudasını da vəzifəyə təyin etdirib. Qeyd olunur ki, quda Misirin gəncəlilər tərəfindən narazılıqla qarşılanan əməllərinə biganə qalan Rəhim Zalov hazırda yollarda asayişi qorumaq əvəzinə, vətəndaşları haqsız tələblərlə üz-üzə qoymaqla məşğuldur. Deyilənlərə görə, Gəncə DYP-nin rəisinin nöqsanlı əməllərindən biri tabeliyində olan hər bir əməkdaşa gündəlik qoyduğu «haqq»dır. Belə ki, Rəhim Zalov hər əməkdaşa gündəlik 30 cərimə protokolunu doldurmağı və 10-a yaxın maşını cərimə meydançasına gətirilməsini tapşırıb. Rəisin bu tapşırığını icra etməyən yol polisi əməkdaşları ya maaşlarından olurlar, ya da ki, daha ağır cəzalandırılırlar». Bu arada, Rəhim Zalovun yol hərəkəti qaydalarını pozan sürücülərlə öz bildiyi dildə danışdığını iddia edən mənbənin sözlərinə görə, o, «tələb»lərilə razılaşmayan sürücülərlə olduqca kobud rəftar edir: «Deyilənlərə görə, özünü Daxili İşlər Nazirliyinin rəhbər şəxslərindən birinin yaxın adımı, qohumu kimi təqdim edən Rəhim Zalov bu səbəbdən də heç nədən və heç kimdən çəkinmədiyini bildirir».

 

Share Button

DİGƏR XƏBƏRLƏR