Cəmİyyət

Gənc yaşda dünyasını dəyişən azərbaycanlı idmançılar - Ölüm səbəbləri nə olub?

Gənc yaşda dünyasını dəyişən azərbaycanlı idmançılar - Ölüm səbəbləri nə olub?
Xəbər verdiyimiz kimi, ötən gün məşhur MMA idman növü üzrə dünya çempionu Fərhad Poladov avtomobil qəzasında dünyasını dəyişib.

AZXEBER.COM hadisənin aktuallığını nəzərə alaraq gənc yaşında dünyasını dəyişən idmançılarla bağlı araşdırma aparıb.
 

Bu ilin əvvəlində universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionu Xamis Məmmədov dünyasını dəyişmişdi. 34 yaşında dünyasını dəyişən idmançının ölümünə səbəb qripdən əziyyət çəkməsi olub.

Məşhur Kung Fu döyüşçüsü Cəhdi Ramil 38 yaşında qəfil dünyasını dəyişib. Daha sonra Cəhdi Ramilin ölümünün səbəbi ürək çatışmamazlığı olduğu bildirilib.
 

Məşhur paralimpiyaçı Fariz Kərimli 27 yaşında böyrək çatışmamazlığından dünyasını dəyişib. Farizin uzun illər idi ki, bu xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.
 

Poverliftinq federasiyasının idmançısı, dəfələrlə turnirlərin qalibi olmuş beynəlxalq dərəcəli hakim, idman ustası Samir Şirəliyev də erkən yaşlarında dünyasını dəyişib. Məşhur idmançının ölümünə səbəb şəkər xəstəliyi olub.
 

Gənc idmançı Firudun Rəsulov 26 yaşında dünyasını dəyişib. Firudunin də ölümünə səbəb keçirdiyi avtomobil qəzası olub.

Kikboks idman növü üzrə idmançı İftixar Məmmədov 20 yaşında intihar edib. İftixarın intihar etməsinə səbəb anası ilə aralarında olan mübahisəsi olduğu deyilirdi. İdmançı 10-cu mərtəbədən özünü atıb.

Qaydasız döyüş üzrə idmançı Ramil Zeynalov 27 yaşında məşq zamanı dünyasını dəyişib.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930