“Gənc Tədqiqatçılar Məktəbi” layihəsinə start verilmişdir.

“Gənc Tədqiqatçılar Məktəbi” layihəsinə start verilmişdir.
18-19 noyabr 2017-ci il tarixində Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün "Tədqiqat Metodları” mövzusunda təlimə start verilmişdir. Təlimin açılışında çıxış edən layihə rəhbəri Həcər Abbaslı layihənin məzmunu və əhəmiyyəti vurğulayaraq təlim çərçivəsində tələbələrin tədqiqatçılıq bacarıqlarının artılacağını qeyd etmişdir. Açılış çıxışında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi elmi işçi Orxan Bağırov gənclərdə  tədqiqatçılıq bacarığının artırılmasının vacib sahə olduğunu bildirərək bu tip təlimlərə ciddi ehtiyac olduğunu və gələcəkdə bu mövzu ilə bağlı təlim kurslarının davamlı olmasını arzulayaraq layihə haqqında xoş təssüratlarını iştirakçılarla bölüşmüşdür. 

Daha sonra təlim ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam etmişdir. Ekspert ilk əvvəl təlim kursun 10 moduldan ibarət olduğunu və təlim prosesi haqqında məlumat verdi. O, təlimin 1-ci günü tədqiqat anlayışı, tədqiqatın xüsusiyyətləri və tədqiqat sahəsi ilə bağlı əsas anlayış və terminlər haqqında təlim iştirakçılarını məlumatlandırdı. Təlimin ikinci günü isə tədqiqatın mərhələləri, planlaşdırma və tədqiqatların təsnifatlaşdırılması haqqında məlumat verdi. Təlim kursunun praktiki hissəsində isə ixtisaslara uyğun formada 5 tədqiqat mövzusu seçilmişdir. Təlim iştirakçıları təlim kursda öyrəndiklərini seçilən tədqiqat mövzularına tətbiq etdilər və təlimin 10-ci günündə seçilən mövzularla bağlı tədqiqat planının hazırlanması gözlənilir. 
 

 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...