Gündəm

Gənc oğlanın qızı yandırması iddiası ilə bağlı DİN-dən açıqlama

Gənc oğlanın qızı yandırması iddiası ilə bağlı DİN-dən açıqlama
"Həmin videonun Azərbaycanda çəkilməsi inandırıcı deyil”

Sfera.az xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial mediada Gəncədə marketlərdən birində gənc oğlanın qızı yandırması iddiasına cavab verərkən bildirib.

O deyib ki, Gəncədə baş verdiyi iddia edilən hadisənin videogörüntüsünü izləyib: "Amma həmin hadisənin Gəncədən baş verməsini sübut edən fakt yoxdur. Mənim bu barədə məlumatım yoxdur”.

DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov da hadisə ilə bağlı bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031