Gənc müəllimdən məktəbdə yığılan pula etiraz – Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz – Dərsi boykot etdi
Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib. "Qafqazinfo” xəbər verir ki, bununla bağlı gənc müəllimin özü sosial şəbəkədə paylaşım edib.

Bildirib ki, müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olub. Elə o gündən də Rayonun Təhsil Şöbəsi və direktorla problemləri başlayıb:

"Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər. Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adllarla pul yığmağa başladılar. Gah deyirlər partalar sınıb, gah deyirlər məktəbi təmir edirik. Gedib baxıram heç nə yoxdur. Bir-iki ay pul ödədim sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər. Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb”.

Gənc müəllim bütün bunların direktor tərəfindən onun könüllü ərizə yazıb işdən çıxması üçün edildiyini vurğulayıb:

"Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam. Qoy diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...