Gənc müəllim körpəsini itirdiyinə dözə bilmədi: ÜRƏYİ DAYANDI
23:49 / 06.11.2019
6905
Türkiyədə yaşayan gənc qadın erkən doğuş zamanı itirdikdən sonra ürəyi dayanaraq ölüb.
Bahar Bayraqdar adlı 30 yaşlı qadın hamiləliyinin 7-ci ayında kəskin sancılar yaşayıb. Xəstəxanaya yerləşdirilən Bahar erkən doğuş həyata keçirib. Dünyaya gətirdiyi körpə 2 saat sonra ölüb.
Bu xəbəri keçirən Bahar infarkt keçirib. Həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Bahar Bayraqdar orta məktəbdə müəllim işləyirmiş. (publika.az)