Gəmi qəzasında itkin düşən azərbaycanlının meyiti tapıldı
20:22 / 07.01.2019
4712
Qara dənizdə "Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.
Sfera.az-ın verdiyi məlumata görə, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.
Bildirilib ki, T.İsmayılov və digər Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimovun gəmidə sıxılmış vəziyyətdə qalmış meyitlərinin çıxarılması istiqamətində iş aparılır