\"Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil\"

\
 

Azərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizminin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.

Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu "Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, müşahidələr və təhlillər onu göstərir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçir.

"Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır", - deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və leqallaşma – sağlam mühit, sağlam rəqabət şəraitidir. Bu təkcə yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici istehsalçılar üçün əhəmiyyətli amildir.

"Kölgə iqtisadiyyatı investoru hər hansı sahəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazarda sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və yalançı sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitin ləğvinə Nail olmaqdır", - deyə nazir bildirib.


OXŞAR XƏBƏRLƏR

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin s...

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” 5 min işçisini ixtisar edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ...