Hadİsə

Gəlininə gəlinlik seçən qayınana öldü

Gəlininə gəlinlik seçən qayınana öldü
 

Mingəçevirdə ölüm hadisəsi baş verib. Oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə orada dünyasını dəyişib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərinin birindəki gəlinlik mağazasında qeydə alınıb.

Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gəlib. Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə bağmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031