İqtİsadİyyat

Gələn aydan bu şəxslərin - MAAŞI ARTACAQ

Gələn aydan bu şəxslərin - MAAŞI ARTACAQ
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
 
Sfera.az APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.

Beləliklə, ali kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031