Texnologİya

Gələcəklə bağlı İNANILMAZ öncəgörmələr - Bu tarixdə bəşər övladı ölməzlik qazanacaq

Gələcəklə bağlı İNANILMAZ öncəgörmələr - Bu tarixdə bəşər övladı ölməzlik qazanacaq
"Google" şirkətinin texniki direktoru və tanınmış futuroloq (öncəgörən) Rey Кurçveyl öncəgörmələri ilə növbəti dəfə çıxış edib. Süni intellekt sahəsində müasir nailiyyətlərin əsas tədqiqatçılarından biri olan Кurçveyl 1990-cı illərdən öz proqnozlarını dərc edir. Amma əgər beş il bundan əvvəl o, öncəgörənliyində uzun dövrlərdən (2030-ci illər, 2040-ci illər) tez-tez istifadə edirdisə, son vaxtlar alimin proqnozlarında xronoloji düzüm göründü. Ola bilsin ki, bu dəqiqlik onun ən böyük internet-şirkətdə çalışması və futuroloq kimi bir çox innovasiya araşdırmalarından irəli gəlir. Alimin 20 il müddətində proqnozlarını, müsahibə və mühazirələrini nəzərə alsaq, gələcək 2019-cu ildən 2099-cu ilədək olan dövr illər üzrə yazılıb.
 

2019 - Fərdi və periferik qurğular üçün naqil və kabellər keçmişə gedəcək.
 
2020 - Fərdi kompüterlər səviyyəsinə görə insan beyni ilə müqayisə oluna bilən hesablama gücünə çatacaq.
 
2021 - Yer səthinin 85% ərazisində internetə simsiz giriş mümkün olacaq.
 
2022 - ABŞ və Avropada robotların və insanların münasibətlərini tənzimləyən qanunlar qəbul ediləcək. Robotların fəaliyyəti, hüquqları, vəzifələri və digər məhdudiyyətlər formalaşacaq.
 
2024 - kompüter intellekt elementləri avtomobillərdə icbari olacaq. İnsanlara yardımçı kompüterlə təchiz edilməmiş avtomobillərin sükanı arxasına keçmək qadağan olunacaq.
 
2026 - elmi tərəqqi sayəsində insan həyatını uzatmaq mümkün olacaq.
 
2027 - Müstəqil şəkildə mürəkkəb hərəkətlərə malik robotlardan istifadə soyuducu və ya qəhvə hazırlayandan istifadə kimi adi hal olacaq.
 
2028 - Günəş enerjisi o qədər ucuz və yayılan olacaq ki, bəşəriyyətin ümumi enerji tələbatını tam ödəyəcək.
 
2029 - Türinq testi keçən kompüterlər onlarda ağıllı insan kimi düşünmək qabiliyyətinin olduğunu sübut edəcək. Bu insan beyninin kompüterə simulyasiyası nəticəsində mümkün olacaq.
 
2030 - Sənayedə nanotexnologiyanın geniş yayılması məhsulların xeyli ucuzlaşmasına gətirib çıxaracaq.
 
2031 - İnsan orqanları hazırlayan 3D printerindən xəstəxanalarda istifadə olunacaq.
 
2032 - Nanorobotlardan tibbi məqsədlərlə istifadə ediləcək. Onlar insan hüceyrələrinə qidalı maddələr ötürməklə yanaşı, tullantılardan da təmizləyə biləcəklər. Bu eyni zamanda insanın beyin fəaliyyətinin detallarını anlamağa imkan verəcək.
 
2033 – Özüyönətilən avtomobillər yolları dolduracaq.
 
2034 – İnsanın süni intellekt ilə ilk görüşü olacaq…
 
2035 - Kosmik texnikanın inkişafı Yeri asteroidlərlə toqquşma təhlükəsindən qoruyacaq və daimi müdafiəsini təmin edəcək.
 
2036 - İlk dəfə bəşəriyyətə hüceyrələri xəstəliklərin müalicəsi üçün proqramlaşdırmaq mümkün olacaq. 3D printerlərindən istifadə isə insan orqanizmi üçün yeni orqanlar yetişdirməyə imkan verəcək.
 
2037 - İnsan beyninin sirrinin öyrənilməsində nəhəng sıçrayış. İnsan beynində yüzlərlə ixtisaslaşdırılmış funksiyalara malik xüsusi mərkəzlər aşkarlanacaq. Bu mərkəzlərin inkişafını kodlaşdıran alqoritmlərin bəziləri kompüterin beyninə yüklənəcək.
 
2038 - Humanist hisslərə köklənmiş robot-insan texnologiya məhsullarının yaranması. Onlar insan beyninin tam əhatə edə bilmədiyi əlavə intellekt ilə təchiz ediləcək…
 
2041 - İnternetin ötürücülük qabiliyyəti bu günə nisbətdə 500 milyon dəfə artıq olacaq.
 
2042 – Ölməzlik. Nanorobotlar ordusunun immun sistemini tamamlaması və xəstəliklərdən "təmizləməsi" sayəsində potensial olaraq ilk dəfə ölməzlik mümkün olacaq.
 
2043 - İnsan bədəni çoxlu sayda nanorobotlar sayəsində istənilən formanı qəbul edə biləcək. Daxili orqanlar daha yaxşı keyfiyyətlərə malik kibernetik qurğularla əvəz olunacaq.
 
2044 - Süni intellekt bioloji intellektdən milyardlarla dəfə daha ağıllı olacaq.
 
2045 – Sinir texnologiyası hər yeri bürüyəcək. Yer kürəsi nəhəng kompüterə çevriləcək.
 
2099 - Texnoloji proses bütün Kainata yayılacaq.
 
Son olaraq bildirək ki, belə proqnozlara bəzən inanmaq çətindir. Lakin, cəmiyyətin inkişaf sürətini nəzərə alsaq, aydın olur ki, yaxın gələcəkdə belə də ola bilər. Hələlik bizə yalnız müşahidə etmək qalır. 
 
Cavid
Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031