Hadİsə

Gədəbəydə "Jiquli" ilə "Niva" toqquşdu: yaralılar var

Gədəbəydə
Gədəbəydə 2 avtomobil toqquşub.

Sfera.az report-a istinadən məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib. 

"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: - 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb. 

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031