"Gecə sənə zəng vursam gələrsən?" — Verilişdəki bu görüntülər tənqid olundu + VİDEO
21:53 / 01.02.2019
6818
Müğənni Mətanət Əsədova aparıcı Zaur Kamalın təqdimatında yayımlanan "5 də 5" verilişinin qonağı olub.
Sfera.az open.az-a istinadən bildirir ki, Zaurun verilişdə Mətanət haqda dediyi sözlər izləyicilərin reaksiyasına səbəb olub.
O, Mətanətin proqramdakı ani davranışlarından gileylənib: "Mən səni görəndə xəcalət təri tökürəm, həyəcanlanıram. Çünki sən arada adamın üstünə elə gəlirsən ki, məcbur qalırsan həyəcanlanasan. Boşandırmasan əl çəkməzsən".
Mətanət isə onun zarafatına belə cavab verib: "Mən başqaları kimi sakit durub, altdan-altdan iş görmürəm. Nə varsa üzümdədir. Özü də mən ölüb-qalsam sən bir çörək də verməzsən. Sənə gecə zəng vursam gələrsən?".
Zaur ifaçının sözünü kəsərək, ondan mahnı oxumasını xahiş edib.
İzləyicilər isə sosial şəbəkədə verilişin sözügedən görüntülərini tənqid ediblər.