Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur - Səbəb

Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur - Səbəb
 

Sutkalıq təbii ritmin pozulması immun hücüyrələrin işinə mənfi təsir edir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, elmi fondun mütəxəssisləri olan onkoloq, nevroloq və kardioloqlar gecə növbəsində işləyənlər, eləcə də gecə yuxusu almayıb işini görən insanlarda piylənmə, kökəlmə və bağırsağın iltihabi xəstəlikləri yaranmasını aşkar edib. 

İnsan orqanizminin bütün hüceyrələri daxili bioloji saata, yəni sutkalıq ritmə tabedir. Yəni hüceyrələr gündüz-gecə fərqli çalışır. Bu əmri isə baş beyin verir. 
Ona görə gecələr yatmayıb işləyənlərdə cəmi 1 il ərzində sağlamlıqlarında ciddi fəsadlar yaranır, bağırsaq pozulur.

Belə ki, bağırsağı tənzimləyən xüsusi immun hüceyrələr çirkad genlərə tabedir. Gecə ilə gündüzün yeri qarışanda bağırsaqlarda infeksiyalarla mübarizə aparma sistemi zəifləyir, piy, yağlarən sovrulması pozulur. 

Süni olaraq çirkad genlərin işini pozduqda bədəndə piy toplanması artır, bağırsaq divarlarının keçiriciliyi pozulur. 

 

Günün işıqlı saatlarında beyin bağırsaqda olan bu genlərə aktivliyi azaltmaq əmri verir. Bu zaman qida ilə daxil olan yağ, piylər bağırsaq divarlarında qala bilir. Gecə olduqda, insan yuxuda ikən beyin gəmin genlərə əmr göndərir ki, bu yad agentlərlə mübarizə aparıb, bağırsaq divarını bərpa etsinlər. 

İnsan yatmayıb işləyirsə, beyin gündüz rejimində olduğunu düşünür və  bu əmr gecikir. Beləliklə, bu adamlarda bağırsaq divarı toksinlərlə dolur, iltihablaşır, piylər isə sovrulmur.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...