Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İŞDƏN ÇIXDI
16:47 / 11.06.2019
3358
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.
Sfera.az Modern.az-a istinadən xəb ər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.
"Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.