Füzulidə erməni hərbçinin cəsədi tapıldı
18:52 / 17.04.2021
5518
Qarabağda axtarışlar zamanı daha bir erməni həbçinin cəsədinin qalıqları tapılıb.
Sfera.az xəbər verir ki, qalıqlar Füzuli rayonu ərazisində aşkarlanıb.
Cəsədin kimliyini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1543 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.