İdman

Futbolçunun başı rəqibi yıxdığı üçün meydandan qovuldu - VİDEO

Futbolçunun başı rəqibi yıxdığı üçün meydandan qovuldu - VİDEO

Almaniya Kubokunun 1/8 finalında maraqlı qırmızı vərəqə qeydə alınıb.

Sfera.az xəbər verir ki, "Boxum” – "Bayern” görüşünün 88-ci dəqiqəsində meydan sahiblərinin 17 yaşlı müdafiəçisi Armel Bella-Kotşap rəqib futbolçuya qarşı kobudluq etməsə də, qırmızı vərəqə alıb.

Belə ki, Fransa doğumlu, Kamerun əsilli futbolçu topu vurmaq istəyərkən ayağı qazona dəyərək yıxılıb. Yeniyetmə oyunçunun başı Tomas Mülerə dəyib və nəticədə "Bayern”in futbolçusu yıxılıb.

 

Görüşün baş hakimi isə bunu rəqib futbolçunu aşkar qol vəziyyətindən məhrum etmə kimi dəyərləndirərək müdafiəçini birbaşa qırmızı vərəqə ilə meydandan qovub.


Qeyd edək ki, "Bayern” bundan bir dəqiqə sonra qələbə qolunu vuraraq (2:1) 1/4 finala vəsiqə qazanıb. (oxu.az)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930