Futbolçudan gözəl nümunə

Futbolçudan gözəl nümunə

İspaniyanın "Real Sosyedad” klubunun rəhbərliyi atdığı addımla diqqəti cəlb edib. Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, rəhbərlik evi olmadığı üçün küçədə yatan azarkeşi işlə təmin edib.
Belə ki, onlar aylardır klubun giriş hissəsində iti ilə birlikdə yatan Ruben Vitarianonu kluba çağıraraq iş veriblər. Vitoriya yaxınlığında doğulan Ruben Vitariano iti Mundo ilə 3 il San Sebastian küçələrində gecələyirdi. Son 8 ayda isə "Real Sosyedad” klubunun stadionunun qarşısında məskən salıb. Bunu görən klub mühazifə xidməti bu barədə rəhbərliyi məlumatlandırıb. Klub rəhbərliyi isə bu şəxsi stadionda işə başlamağa dəvət edib.

Onların sözlərinə görə Ruben işə ilk olaraq stadion qapılarını rəngləməklə başlayıb. Rubenin jurnalistlərə verdiyi açıqlamada isə "bura mənim itmiş ümidim oldu” - deyə bildirib: "Mən fikirləşirəm ki, görəsən, hələ də belə yaxşı insanlar qalıb? Uzun müddət sonra bu klub mənim itmiş ümidim oldu. Buradan aldığım məvaciblə bir otaq kirayələmişəm, artıq küçələrdə yatmıram”.


OXŞAR XƏBƏRLƏR