Futbolçu oyun zamanı ürək tutmasından öldü
16:32 / 14.02.2019
2369
Fransanın Reyms klubunun futbolçusu Məhəmməd Savan oyun zamanı dünyasını dəyişib.
15 yaşlı oyunçu ürək tutmasından vəfat edib.
Hadisə çərşənbə günü Reyms şəhərində baş verib. Savan dostları ilə futbol oynadığı vaxt halı pisləşib. Onun həyatını xilas etmək üçün cəhdlər uğursuz alınıb.