İdman

Futbol tarixində ilk - UEFA Super Kubokunun final hakimi qadın oldu -

Futbol tarixində ilk - UEFA Super Kubokunun final hakimi qadın oldu -
Avqustun 14-də İstanbulda keçiriləcək UEFA Super Kubokunun hakimi məlum olub. 
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" arasında baş tutacaq final qarşılaşmasını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Onun köməkçiləri həmyerlisi Manuela Nikolosi və irlandiyalı Mişel Onil olacaq.
Oyunda dördüncü hakimi funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.
Qeyd edək ki, S. Frappart Avrokuboklar finalını idarə edəcək ilk qadın hakim kimi futbol tarixinə düşəcək.
Xatırladaq ki, UEFA Super Kubokunun finalı İstanbulda "Vodofon Arena"da baş tutacaq.
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031