İdman

Futbol əfsanəsi Neymar haqda: “Hamımız ondan daha çox şey gözləyirdik”

Futbol əfsanəsi Neymar haqda: “Hamımız ondan daha çox şey gözləyirdik”
Braziliyanın əfsanəvi futbolçusu, iki dəfə dünya çempionu olmuş Ronaldo həmvətəni Braziliya millisinin hücumçusu Neymarın Rusiyada keçirilən dünya çempionatında çıxışı haqda danışıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo həmvətənindən daha çox şey gözlədiyini deyib:

"Etiraf etməliyəm ki, hamımız Neymardan daha çox şey gözləyirdik, çünki o, ölkənin baş hücumçusudur. Meydanda imkanlarının məhdud olduğu görünürdü. Bilmirəm, bu travma ilə bağlıdır, yoxsa başqa şeylə. Düşünürəm ki, bu çempionat Neymara çox şey öyrətməlidir. O gənc və istedadlıdır, lakin həm də böyük məsuliyyət daşıyır”.

Qeyd edək ki, bu dünya çempionatında dörddə bir finala qədər gələn Braziliya yığması Belçika komandasına məğlub olmuşdu. Neymar isə iştirak etdiyi beş oyunda iki qol vurmuşdu.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ