İdman

Futbol azarkeşi adı ilə DÇ-a gəlib Avropaya köçürlər - VİDEO

Futbol azarkeşi adı ilə DÇ-a gəlib Avropaya köçürlər - VİDEO
Futbol üzrə dünya çempionatında tamaşaçı qismində iştirak etmək üçün Rusiyaya dünyanın dörd bucağından minlərlə azarkeş gəlir. Fanatlar üçün "fan ID”, yəni sadə dillə desək azarkeşin şəxsiyyət vəsiqəsi rəsmiləşdirilir. Bu sənəd onlara Rusiyaya vizasız səyahət etməyə imkan verir.

Son günlər bir neçə min insan Avropaya köçmək və qaçqın statusu əldə etmək üçün belə vəsiqələrdən sui-istifadə edib.

Finlandiyanın sərhəd xidməti ötən həftədən bəri ölkə ərazisinə qanunsuz yolla keçməyə çalışan beş dırnaqarası futbol fanatını saxlayıb.

Onlar Nigeriya, Mərakeş və Çin vətəndaşları olub. Onlardan ikisi pasport yoxlanışı zamanı saxlanılıb. Üçü sərhədi meşəlik ərazidən pozmağa çalışıb. Hər birinin üzərində azarkeşin şəxsiyyət vəsiqəsi olub .

"Azarkeş” miqrantlar Avropa İttifaqı ərazisinə eyni zamanda Belarus və Polşa ərazisindən daxil olmağa çalışır.
 
 
/oxu.az
AdRiver

XƏBƏR LENTİ