Fuad Vəlixanov vəfat etdi

Fuad Vəlixanov vəfat etdi
Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.
 
Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.
 
Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə "Molodyoj Azerbaydjana”, "Vişka” qəzetlərində və "Kommunist” nəşriyyatında çalışıb.
 
1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.
 
1992-1993-cü illərdə ilk müstəqil "BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən "Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.
 
2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən "Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.

O, son olaraq "İctimai” TV-də çalışıb./Qafqazinfo/

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...