"Fuad Qəhrəmanlının ailəsində yaşananlar..." - Əli Kərimli yazdı

 

AXCP sədri Əli Kərimli  müavini Fuad Qəhrəmanlının ailəsində yaşananlara münasibətini açıqlayıb. Sfera.az Əli Kərimlinin fikirlərini təqdim edir:  

"Dostlar, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsində yaşananlar hamımızı məyus edib. Kaş ki, bunlar olmayaydı. İndi həqiqətlə yalan qarışıb bir-birinə, emosiyalar gərgindir. Baş verənlərdən səmimi şəkildə nəticə çıxarmaq istəyənlər də, yaranmış vəziyyəti özü üçün fürsət bilənlər də var. Baş verənlər və sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı fikirlərimi sizlərlə tezislər şəklində paylaşıram.

- Əvvəla, Fuad bəyin ailəsində olmuş münaqişə bugünlərdə baş verən hadisə deyil. Mənim bildiyim qədər, onların arasında ailə münaqişəsi 4-5 il bundan qabaq baş verib və o zaman da həll ediblər. Həm Fuad bəyin, həm də Zümrüd xanımın yaxını kimi o zaman ailə münasibətlərində baş verənlərdən (özləri danışdıqları həddə) xəbərdar olmuşam. Qarşılıqlı hörmət və güzəştlə münasibətləri yoluna qoymağı təklif etmişəm. Heç cür mümkün olmayacağı təqdirdə sivil qaydada ayrılmağın son seçim olduğunu demişəm. Sadəcə tövsiyyə verməkdən başqa hansısa təsir mexanizmim yoxdur. Fakt budur ki, həmin mübahisələrdən sonra Zümrüd xanımla Fuad bəy 4-5 ildir ki, birlikdədirlər, ailədirlər. Onları mən zorla birlikdə saxlamamışam. Özləri bu qərarı veriblər. Fuad bəy həbsdə olduğu müddətdə Zümrüd xanım onu ardıcıl olaraq, ən yaxın şəxs kimi müdafiə edib. Fuad bəy azadlığa çıxandan sonra ailədə hər hansı problem yaşanmayıb. Ən azı mən eşitməmişəm. Deməli, onları birləşdirən səbəblər, ayıran məqamlardan çox olub. Fuad Qəhrəmanlının ailəsində baş verənləri şərh edən zaman onu da nəzərə alın ki, Fuad bəy və Zümrüd xanım bu gün də birlikdədirlər, bir ailədirlər.

- Şiddətə qarşıyam. Nəinki qadınlara, hətta kişilərə qarşı da şiddətə, fiziki zorakılığa qarşıyam. "Hamının evində olur” arqumentini qəbul etmirəm. Bilirəm ki, çoxlu sayda ailələr şiddətsiz yaşayırlar. Bütün ailələr şiddətsiz yaşamağı öyrənməlidir. İctimai rəyin, vətəndaş cəmiyyətinin şiddətə qarşı kampaniyasını dəstəkləyirəm.

- AXCP heç kimin (hətta üzvlərinin də) ailə-məişət münasibətlərini tənzimləmək üçün yaranmayıb. Bu, bizim təşkilat olaraq səlahiyyətimizə aid deyil. Ancaq AXCP üçün ailə dəyərləri çox önəmlidir. Biz ailələri qorumaqdan yanayıq. Mümkün olmayanda da sivil, mədəni adamlara yaraşan şəkildə ayrılmanı son çarə kimi görürük.

- Fuad bəyin ailəsində baş verən hadisədən hakimiyyət də, ən müxtəlif səbəblərdən müxalifətə müxalifət olanlar da AXCP-yə zərbə vurmaq üçün sui-istifadə edir. Xalqımız bu kəmfürsətləri görür. Baş verənlərdən səmimi şəkildə narahat olan insanların narahatçılığını isə başa düşürük, tənqidlərini nəzərə alırıq.

- Fuad bəyin rejimlə mübarizəsi hər zaman prinsipial olub. Rejim və yandaşları hazırda ondan apardığı mübarizənin qisasını alırlar. Məqsəd Fuad Qəhrəmanlını siyasətçi kimi bitirmək, AXCP-ni, real müxalifəti sarsıtmaqdır. Fuad bəyi rejimin qurşaqdan aşağı zərbələri qarşısında tək buraxmaq olmaz.

- Baş verənləri fürsət bilib, AXCP-ni qadın hüquqlarına hörmət qoymamaqda qınayanlar böyük səhv edirlər, faktiki bizə böhtan atırlar. Biz hər bir hüququ pozulan qadının yanında olmağa çalışırıq. AXC qurulandan bu təşkilatda qadınlar və kişilər çiyin-çiyinə, bərabərhüquqlu mübarizə aparır. Heç bir partiyada (saxta YAP üzvlərini saymıram) AXCP-də olduğu qədər qadın üzv yoxdur. AXCP qadınların rəhbərlikdə ən çox təmsil olunduğu partiyadır. AXCP sədrinin 1 müavini, Ali Məclis sədrinin hər iki müavini, bütövlükdə Rəyasət Heyətinin 5 üzvü xanımdır. Cəbhəçi xanımlar intellektual, əqidəli və mübarizdirlər. Onlarla fəxr edirəm.

- Qarşımıza çıxan heç bir obyektiv və ya subyektiv problem, yaradılan maneələr bizi əsas hədəfimizdən – rejimlə apardığımız azadlıq mübarizəsindən yayındırmamalıdır. Rejim məmnundur ki, Fuad bəyin ailəsində baş verənlər #28sentyabr mitinqini arxa plana keçirir. Korrupsionerləri, işgəncə verənləri, öz siyasətilə 100 minlərlə ailəni dağıdanları sevindirməyək. Qaldığımız yerdən davam edək, mitinqə hazırlaşaq!”


OXŞAR XƏBƏRLƏR

ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq

Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 fi...

Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfirini qəbul etdi - FOTO

Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmi...

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...