Maqazİn

Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO

Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur:
2 il əvvəl rejissor Fuad Əlişovdan ayrılan aktrisa Sevinc Əlişova ikinci dəfə ailə həyatı qurur.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin 10larla"ya açıqlama verən aktrisa toyunu mediadan gizli saxlamaq istədiyini bildirib:

"Heç vaxt demə ki, heç vaxt". Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm". 

Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var.
 

XƏBƏR LENTİ