Fuad Abbasov bu kanalda veriliş aparacaq
15:18 / 02.10.2019
1217
Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.
Sfera.az unikal.org-a istinadən bildirir ki, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq. Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.
Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada həbs edilmişdi. Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.