Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək

Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək

"Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır”.

Sfera.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, deportasiya olunması üçün Ximski şəhərinin çıxardığı hökmdən apelyasiya şikayəti verib: "Rusiyadan deportasiya olunmağımla bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayət vermişəm. Əgər şikayətim təmin olunarsa və Rusiyada yaşamaq hüququm bərpa edilərsə, mən heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.


OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...