\"Fresco\" supermarketində müştərilər aldadılır

\

Paytaxtda yerləşən iri "Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb.
İstehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.
Belə ki, alıcının aldığı bananın üzərindəki kağızda qiymət 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olaraq qeyd edilib.
Sosial şəbəkədə paylaşılan bu fotunu sizlərin də diqqətinə çatdırırıq. Qeyd edilən tarixə və rəqəmlərə diqqətlə nəzər salın. Göründü kimi, qiymətlər arasında böyük uyğunsuzluq müşahidə edilir.
Qeydə alınan bu qiymət uyğunsuzluğunun qanun pozuntusu olduğunu deyən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, məhsulun üzərindəki kağızda qeyd edilmiş qiymətlə kassada verilmiş qəbzdəki qiymət eyni olmalıdır: "Belə olmaması isə qanun pozuntusu sayılır və bununla bağlı tədbirlər görülməlidir”.
A.Əliyev vurğulayıb ki, eyni zamanda istehlakçılar bu hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin "qaynar xətt”i olan 195-ə müraciət etsin. (lent.az)



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...