Fransız iş adamları Gəncədə birgə müəssisələr yarada bilər

Fransız iş adamları Gəncədə birgə müəssisələr yarada bilər

Gəncədə bu gün  "Azərbaycanla Fransa regionları və şəhərləri arası əməkdaşlığa dair” Birinci Seminar keçirilib.

 

APA-nın məlumatına görə, seminarda Tovuz, Naftalan, Goranboy, Şəmkir, İsmayıllı, Şəki rayon icra hakimiyyəti başçıları və müavinləri, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarusiya və s. ölkələrdən olan xarici qonaqların iştirak edib.

 

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2012-ci ildən etibarən Fransanın Oser, Şabil və Vezle şəhərlərində tədbirlər keçirilib, bu ölkənin Yon vilayəti ilə birgə Gəncədə şərab festivalları keçirilib: "Bu gün isə 4-cü Beynəlxalq şərab festivalı keçirilir”. E. Vəliyev Fransa ilə Azərbaycan arasında hər iki dövlət başçılarının rəhbərliyi ilə iqtisadi, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da güclənməsindən danışıb, Gəncənin bu əməkdaşlıqda əldə etdiyi faydalardan bəhs edib: "Cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət iki ölkə arasında münasibətlərə, xüsusilə də Gəncə və Yon vilayəti arasında qardaşlığa da öz faydasını verir”. İcra başçısı Gəncə ilə Fransanın Yon və yaxud Burqundiya vilayətləri arasında iş adamları üçün birgə layihələr də təklif edib: "Alüminium və yeməkxana məmulatlarını istehsal edən müəssisələrin yaradılması, vaxtı ilə Gəncədə istehsal edilən "Çinar” şokoladları  istehsalı təcrübəsinə əsaslanaraq burada şirniyyat müəssisənin yaradılması, xalçaçılıq ilə bağlı birgə istehsalın yaradılması, o cümlədən turistik layihələrin həyata keçirilməsini iş adamlarımız birgə həyata keçirə bilər. Bizdə buna hər cür şərait var”.

 

Çıxış edən Fransanın Yon vilayətinin prezidenti Andre Vilye Gəncə ilə rəhbərlik etdiyi vilayət arasında birgə tədbirlərdən, Fransa və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində Gəncə-Yon dostluğunun oynadığı roldan danışıb: "Azərbaycan güclü prezidentinin apardığı siyasət nəticəsində uğurla inkişaf edir. Qədim Azərbaycan şəhəri Gəncə də bundan faydalanır. Gəncənin rəhbəri dostum Elmar Vəliyevin işgüzar səyi nəticəsində bizim vilayətimiz ilə əməkdaşlıq bu inkişafın fonunda daha da inkişaf edir”. Fransanın Konyak şəhərinin meri Mişel Qurinşa, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bölgənin icra başçıları və digər qonaqlar çıxış edərək iki ölkə arasında münasibətlərdən, birgə gələcək layihələrdən danışıblar. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi ilə Fransa Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb. Fransa regionları və əməkdaşlığa dair I seminar iştirakçılarına sonda xatirə hədiyyələri təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...