Cəmİyyət

Fransadan gəlib Şamaxıda ferma açdı - Foto

Fransadan gəlib Şamaxıda ferma açdı - Foto
41 yaşlı Siril Kərim Rabbatli Fransadan Şamaxının Kələxana kəndinə pənah gətirib.

Kənd ərazisində şəxsi taxıl sahəsi, üzüm bağı, inək ferması olan Fransa vətəndaşı ona qarşı ögey münasibətin olmadığını deyir.

Rabbat Livanın Beyrut şəhərində doğulub. 19 il əvvəl Azərbaycana gələn əcnəbi 7 il Bakıda yaşadıqdan sonra 2007-ci  ildə Şamaxıya üz tutub. Rayon  mərkəzindən 10 km aralıda, dağların arasında yerləşən Kəlaxanaya köç edən Siril ilk olaraq üzüm bağı salıb.

Fransa vətəndaşı deyir ki, sözügedən yeri üzümçülük məsqədilə alıb: "İki hektar əkmişik, sort yerli mədrəsə sortudur. Gələcəkdə artırmaq, artıq sahə götürmək fikrimiz var. Üzümçülük üçün dəstək var, ona görə mən qərar vermişəm ki, onu artırım”.

Çox vaxt üzüm bağına videokameralarla nəzarət edən fermer bildirir ki, məhsulun bol olması və tez yetişməsi üçün hər hansı kimyəvi üsullara əl atmır. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran Rabbatli bir neçə ildir arpa-buğda əkininə də start verib. Üzüm və taxıl sahələri kənddən bir qədər kənarda olsa da, inəklərini kəndin içində olan fermasında bəsləyir. 

Kərimin həyat yoldaşı Tamilla Vəliyeva Bakıda doğulmasına baxmayaraq, kənd işlərində ərinə yardımçı olur: "Yoldaşımda həmişə bu arzu var idi. Fikirləşirdi ki, torpaqla işləsin, ferma saxlasın. İndi ferması var, işləyir. Onun çox xoşuna gəlir”. 

Kərim Rabbatli digər xarici və yerli iş adamlarını da bu sahəyə yatırım etməyə çağırır: "Azərbaycan çox gözəl bir ölkə, azərbaycanlılar isə çox qonaqpərvərdirlər. Biz özümüzü burada çox rahat hiss edirik. Əgər mən 18 ildir Azərbaycanda yaşayıramsa demək hər şey yaxşıdır, yoxsa burada yaşamazdım. Həm yaşamaq, həm işləmək üçün bütün şərait var. Mən başlamışam 10 inəkdən, indi 25 inəyim var. 

2008-ci ildə Azərbaycanda ailə quran Tamilla Vəliyeva ilə Siril Kərim Rabbatlinin  8 yaşlı, Selin adlı qızı, 5 yaşlı, Rəfael adlı oğlu var. Bir neçə il əvvəl kənd ərazisində tikili evlərin birini alan ailə gələcəkdə kəndin üst hissəsindəki üzüm bağının yanında da ev tikməyi planlaşdırır."Qafqazinfo”
 



XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031