Fransada “sarı jiletlilər”in nümayişləri ərəfəsində saxlanlılanlar var

Fransada “sarı jiletlilər”in nümayişləri ərəfəsində saxlanlılanlar var
Paris ətrafındakı İll de Frans əyalətində "sarı jiletlilər”in bu günə təyin etdikləri etiraz aksiyaları ərəfəsində 25nəfər saxlanılıb.
 
Bunlardan 15 nəfəri Parisdə, 10 nəfəri də qabaqlayıcı tədbirlər çərçivəsində ətraf yaşayış məntəqələrində saxlanılıb.
Daxili işlər naziri Kristof Kastaner "Twitter”dəki səhifəsində gün ərqində paytaxt dəmir yolu stansiyalarında ilkin yoxlamaları davam etdirəcəklərini bildirib.

*** 
Fransanın Paris şəhərinin mərkəzində 40-dək metro stansiyası, habelə RER şəhərətrafı dəmir yolunun 8 stansiyası bağlanacaq. 
 
Buna səbəb "sarı jiletlilər"in dekabrın 15-nə Paris və ölkənin müxtəlif regionlarında etiraz aksiyası təyin etməsidir. 
Paris Nəqliyyat İdarəsinin (RATP) məlumatına görə, Şarl de Qoll və Orli hava limanlarına hərəkət edən ictimai nəqliyyatın da fəaliyyətində ciddi ləngimələr gözlənilir.

Bundan başqa, bütün ölkə boyu asayişin qorunmasına 69 min polis, o cümlədən Paris üçün 8 min polis səfərbər olunub. Zirehli maşınların da keşik çəkdiyi paytaxtda Zəfər tağı ətrafında polis postları qurulub.

Eyni zamanda ticarət mərkəzləri bağlanıb və onların şüşələri taxta qoruyucularla örtülüb.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın./Report
 

OXŞAR XƏBƏRLƏR