Fransada insanları girov götürən terrorçu öldürüldü
21:16 / 23.03.2018
2597
Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.
Sfera.az bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz "Twitter” səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.
Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu ləğv edilib.yd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.(apa)