Fransa təmsilçisi “Dünya gözəli” seçilib

Fransa təmsilçisi “Dünya gözəli” seçilib

Fransanı təmsil edən 24 yaşlı İren Mittenar Filippinin paytaxtı Manilada keçirilən dünya gözəllik müsabiqəsinin qalibi  olub.

 

APA-nın "tvrain.ru”ya istinadən verdiyi xəbərə görə, Lill şəhərindən olan İ. Mittenar ixtisasca stomatoloq-cərrahdır və ekstremal idman növlərin həvəskarıdır. "Dünya gözəli adını qazanmaq  mənim arzum idi.  Hər bir qız bu ada yiyələnmək  istəyir. Mən insanlara kömək etmək, onları anlamaq istəyirəm. Bu, mənim arzum idi", - deyə o, söyləyib.

İkinci yerə Haitidən olan 25 yaşlı Rakel Pelisye layiq görülüb. Kolumbiyalı Andrea Tovar 3-cü olub.  
 

Qeyd edək ki, Fransa bu titulu daha əvvəl bir dəfə əldə edib. Kristian Martel 1953-cü  ildə müsabiqənin qalibi seçilib.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...