Dünya

Fransa məhkəməsi müxalifət liderini psixiatr yanına göndərdi

Fransa məhkəməsi müxalifət liderini psixiatr yanına göndərdi
Fransanın Nanter şəhər məhkəməsi "Twitter”də İŞİD-in edam fotolarını paylaşan ultra-sağ müxalifət lideri Milli Cəbhə Partiyasının lideri Marin Le Penin psixi vəziyyətinin yerində olub-olmamasının yoxlanılmasını tələb edib.

Sfera.az
 xəbər verir ki, müxalifət lideri məhkəmənin qərarını "Twitter” səhifəsində paylaşaraq bu sözləri yazıb:

""Twitter” mesajlarımda İŞİD dəhşətini qınadığım üçün ədliyyə sistemi məni psixoloqlara tapşırıb. Daha nə qədər irəli gedəcəklər? Bu rejim bizi doğrudan da qorxudur”.

Le Pen məhkəmənin qərarını qarabasma adlandırıb.

Xatırladaq ki, Marin Le Pen 2017-ci ildə keçirilən seçkidə Fransa prezidentliyinə namizəd olmuşdu.
 
Rəsul
Sfera.az

 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31