FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin noyabrın 10-da imzaladıqları və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verməlidirlər.

Sfera.az xəbər verir ki, bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən 7 rayonun hamısını geri qaytaracaq.

FRANCE-24-ün xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportaj hazırlayıb:

Bu şəhər elə dağıdılıb ki, bəzən onu "Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün "ruhlar şəhəri”dir. Xankəndidən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər.

Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımov deyib: "Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz, bilərdiniz ki, ən müasir, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi.

Ermənilər bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki bu mümkün deyildi. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”.
Şəhəri bərpa etməzdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən geri qaytarılmış digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan minatəmizləyən robotu işə salıblar.
ANAMA-nın Əməliyyat Qərargahının rəhbəri İdris İsmayılov deyib: "4 500-ə yaxın piyada əleyhinə mina, 2 000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bomba aşkar edilərək zərərsizləşdirilib”.
Azərbaycan işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 100 milyard ABŞ dollarından çox qiymətləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...