Formula 1 üzrə Azərbaycan Qran Prisinin tarixi açıqlandı
22:19 / 15.10.2021
2290
Formula 1-in 2022-ci il üçün yarış təqvimi açıqlanıb.
Sfera.az xəbər verir ki, 23 Qran Pridən ibarət mövsümə martın 20-də Bəhreyndə start veriləcək.
Təqvimə əsasən, Azərbaycanda yarışlar 10-12 iyun tarixlərində baş tutacaq.
Çempionat noyabrın 20-də Abu-Dabi Qran Prisi ilə yekunlaşacaq.
Qeyd edək ki, ötən mövsüm Formula 1 turniri 17, cari ildə isə 22 yarışdan ibarət olub.